"Neftçi" futbolçusu ilə vidalaşdı

 19:37 24.06.2025     60

“Neftçi” futbolçusu Ervin Koffi ilə yollarını ayırıb.

Redaktor.az xəbər verir ki, klubdan verilən məlumata görə, fransalı müdafiəçinin başa çatan müqavilə müddəti yeniləməyib.

Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.