Mbappe PSJ-ni şikayət ETDİ

 16:25 26.06.2025     94

Fransa millisinin futbolçusu Kilian Mbappe sabiq klubu PSJ-ni mənəvi təzyiqlərlə bağlı şikayət edib.

Redaktor.az AFP agentliyinə istinadən xəbər verir ki, Paris prokurorluğu bu işə görə araşdırmaya başlayıb.

26 yaşlı forvard 2026-cı ilin mayında ölkə çempionuna qarşı ittiham irəli sürüb. Hücumçu 2023-cü ildə ona qarşı mənəvi təzyiq olduğunu bildirib və təqiblərdən şikayətlənib. Mbappe daha sonra komandadan ayrılmaq istədiyi üçün məşqlərdən və matçlardan uzaqlaşdırılıb. Oyunçu yalnız danışıqlardan sonra heyətə qayıda bilib.

Bu gün artıq Paris təmsilçisinə qarşı istintaq başladılıb.

Qeyd edək ki, Kilian Mbappe 2024/2025 mövsümünün əvvəlində İspaniyanın "Real" klubuna keçib.