Montella Türkiyə millisində qalacaq

 18:49 27.06.2025     71

Türkiyə Futbol Federasiyası yığma komandanın baş məşqçisi Vinçenzo Montellanın müqaviləsini uzadacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Qeyd edək ki, Vinçenso Montella 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi postuna təyin olunub.

Təcrübəli çalışdırıcı yığma ilə ümumilikdə 23 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 12 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.