Qələbəmi şəhidlərimizə həsr edirəm - Avropa çempionu

Qalibiyyətimi şəhidlərimizə həsr edirəm.
Redaktor.az xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-15 qitə birinciliyində Avropa çempionu olan Azərbaycanın sərbəst millisinin güləşçisi Elgün Kərimli (85 kq) jurnalistlərə açıqlamasında deyib.
“Şükür ki, əziyyətim yerdə qalmadı. Bu nailiyyətlərə görə müəllimimə borcluyam. Bu başlanğıcdır, gələcəkdə daha yaxşı nəticələrlə qarşıda olmağa çalışacağam. Qalibiyyətimi şəhidlərimizə həsr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Finala məşqçi Namiq Quliyevlə yaxşı hazırlaşmışdıq. Rəqibimin güclü olmasına baxmayaraq müəllim məni həvəsləndirdi. Dedi sən onu udacaqsan. Başlqanğıcda səhvlərimin olmasına baxmayaraq özümü itirmədim. Çalışıb ikinci hissədə rəqibimi məğlub etdim”, - E.Kərimli vurğulayıb.