“Neftçi” milli komandanın üzvünü transfer ETDİ

 19:46 28.06.2025     111

“Neftçi” Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib.

Redaktor.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə komandamızın şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) baş məşqçimiz Samir Abasovun rəhbərliyi altında da çıxış edib. O, millidə 10 oyun keçirib.