Avarçəkənlərimiz Vyanada gümüş medal qazandı - VİDEO

 16:54 29.06.2025     116

28-29 iyun tarixlərində Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib.

Redaktor.az xəbər verir ki, sayca 121-ci dəfədir təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri uğurlu nəticə əldə edib.

Komandamız beynəlxalq yarışda gümüş medal qazanıb.

Yeniyetmələr arasında Azər İlyasov-Cahangir Məmmədli cütü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.