"Qarabağ" "Zirə"yə qalib GƏLDİ

Misli Premyer Liqasında 2025/2026 mövsümünə hazırlaşan "Qarabağ" və "Zirə" kollektivləri yoxlama oyununda qarşılaşıblar.
Redaktor.az xəbər verir ki, "Azərsun Arena"da baş tutan matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
"Zirə" isə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.