"Zirə"nin futbolçusunu böyük cərimə GÖZLƏYİR

 20:07 30.06.2025     117

"Zirə"nin futbolçusu Rafael Utsiqi klub tərəfindən böyük cərimə gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la keçirilən yoxlama görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

Mütəxəssis düşərgədə yer almayan braziliyalı oyunçunu böyük məbləğdə cərimə gözlədiyini bildirib:

"Bildiyiniz kimi futbolçunun birillik müqaviləsi var. Buna baxmayaraq o düşərgədə yer almayıb. Utsiq transferə çıxarılıb. Lakin o yenidən heyətə qayıdacağı təqdirdə, cərimələnəcək. Bu barədə futbolçunun özünə məlumat verilib".

Qeyd edək ki, yoldaşlıq oyununda "Qarabağ"la üz-üzə gələn "Zirə" 0:4 hesabı ilə məğlub olub.