"Əl-Hilal" "Mançester Siti"ni məğlub etdi

 09:09 01.07.2025     70

Futbol üzrə Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində İngiltərənin "Mançester Siti" klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasına əlavə vaxtda 3:4 hesabı ilə uduzub.

Redaktor.az
xəbər verir ki, qarşılaşma ABŞ-nin Florida ştatının Orlando şəhərində baş tutub.

"Əl-Hilal"ın heyətində Markos Leonardo (46 və 112-ci dəqiqələr), Malkom (52) və Kalidu Kulibali (94) fərqlənib.

"Mançester Siti"nin qollarını isə Bernardu Silva (9), Erlinq Holand (55) və Fil Foden (104) vurub.