1/4 final mərhələsində "Real"ın rəqibi məlum oldu

 08:48 02.07.2025     185

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, bu raundun son matçında Almaniyanın "Borussiya Dortmund" və Meksikanın "Monterrey" komandaları üz-üzə gəliblər.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Dortmund təmsilçisi 1/4 finalda İspaniyanın "Real Madrid" klubuna rəqib olub.

***

ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, İspaniya nəhəngi “Real Madrid” İtaliyanın “Yuventus” komandası ilə qarşılaşıb. Görüş “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Qonzalo Qarsiya vurub.

“Real Madrid” bu qələbə ilə adını 1/4 finala yazdırıb. Madrid təmsilçisinin növbəti mərhələdə rəqibi bu gecə keçiriləcək “Borussiya Dortmund” (Almaniya) – “Monterrey” (Meksika) oyununun qalibi olacaq.

Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.