“Bavariya”nın futbolçusunun ayağı SINDI

 21:50 05.07.2025     199

“Bavariya” klubu ciddi itki ilə üzləşib.

Redaktor.az xəbər verir ki, Münhen təmsilçisinin aparıcı futbolçusu Camal Musiala sıradan çıxıb.

22 yaşlı yarımmüdafiəçi FİFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində PSJ-yə qarşı keçirilən görüşdə zədələnib.

Almaniya millisinin üzvü matçın gedişində rəqib qapıçı Cianluici Donnarumma ilə toqquşma nəticəsində ayağını sındırıb. Musiala meydanı xüsusi xərək vasitəsilə tərk edib.

Vumart və Güvən reklamı Vumart Güvən