Keniyalı atlet ABŞ-də rekorda imza ATDI

Keniyalı atlet Beatris Çebet 5000 metr məsafəyə qaçışda rekorda imza atıb.
Redaktor.az xəbər verir ki, idmançı bunu ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən "Diamond League"da reallaşdırıb.
Sprinter 13 dəqiqə 58.06 saniyə nəticə göstərib.
Qeyd edək ki, bundan əvvəlki rekord efiopiyalı Qudaf Tseqaya məxsus idi. O, 2023-cü ilin sentyabrında dünya rekorduna imza atmışdı.