Qızlardan ibarət basketbolçularımız Litvaya məğlub OLDU

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi üçüncü oyununda da uduzub.
Redaktor.az xəbər verir ki, millimiz Litvaya məğlub olub - 31:82.
Təmsilçimiz qrupda növbəti matçını iyulun 8-də İslandiya yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki matçında Bosniya və Herseqovina yığması üzərində qələbə (83:81) qazanıb. Ukraynaya isə məğlub olub - 65:78.