“Zirə” gürcüstanlı futbolçusu ilə müqavilə müddətini UZATDI

 19:27 07.07.2025     93

“Zirə” klubu gürcüstanlı futbolçusu Georgi Papunaşvili ilə müqavilə müddətini uzadıb.

Redaktor.az xəbər verir ki, xəbər verir ki, onunla yeni 2 illik razılıq əldə olunub.

Yarımmüdafiəçi 2026/2027 mövsümünün sonuna qədər “Zirə”də çıxış edəcək. O, 2024-cü ilin yayından paytaxt təmsilçisinin formasını geyinir.

Qeyd edək ki, Georgi Papunaşvili ötən mövsüm "Zirə"nin heyətində 33 qarşılaşmada 7 qol vurub, 3 ötürmə edib.