“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı potensial rəqibləri Dublində qarşılaşacaqlar

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri “Şelburn” (İrlandiya) və “Linfild” (Şimali İrlandiya) bu gün Dublində qarşılaşacaqlar.
Redaktor.az xəbər verir ki, Böyük Britaniya təmsilçiləri I təsnifat mərhələsində ilk matçlarını keçirəcəklər.
Qarşılaşma İrlandiyanın paytaxtı Dublindəki “Tolka Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.