"Qalatasaray" klubunda ağır İTKİ

Türkiyənin məşhur idman klubu Qalatasaray yas içindədir.
Redaktor.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Məlumata görə, klubda üç dövr İdarə Heyətinin üzvü olmuş, hazırda isə Qalatasaray Sportif A.Ş.-nin İdarə Heyətində fəaliyyət göstərən Mehmet İsmayıl Sarıkaya bu gün dünyasını dəyişib.
Klubun rəsmi sosial media hesabında yayımlanan başsağlığı açıqlamasında qeyd olunub:
“Klubumuzda üç dövr İdarə Heyətinin üzvü, hazırkı dövrdə Qalatasaray Sportif A.Ş. İdarə Heyəti üzvü olmaqla yanaşı, üç dəfə 1905 GSYİAD sədrliyi kimi müxtəlif vəzifələrdə cəmiyyətimizə mühüm xidmətlər göstərmiş 11671 saylı üzvümüz Mehmet İsmayıl Sarıkayanın vəfat xəbərini dərin kədərlə öyrəndik. Allahdan mərhuma rəhmət, ailəsinə, yaxınlarına və Qalatasaray camiəsinə başsağlığı diləyirik.”
Nuriyyə NATİQQIZI