Futbol üzrə Azərbaycan I Liqasının başlama tarixi müəyyənləşdi

 14:30 11.07.2025     97

Futbol üzrə Azərbaycan I Liqasının başlama tarixi müəyyənləşib.

Bu barədə Redaktor.az-a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib.

Ölkə çempionatı sentyabrın 11-də start götürəcək. Turnir 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək.

Qeyd edək ki, ötən mövsüm I Liqanın qalibi adını "Qəbələ" komandası qazanmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən