“Qarabağ” növbəti yoxlama oyununu KEÇİRDİ

 21:38 11.07.2025     154

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu növbəti yoxlama oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi "Tvente" ilə üz-üzə gəlib

Qarşılaşma Ağdam komandasının 1:2 hesablı məğlubiyyəti ilə bitib.

"Köhlən atlar" bu gün ilk matçda bu rəqibə qalib gəlmişdi - 3:2.

Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın "Metallist" (Xarkov) kollektivinə uduzub - 4:5. "Köhlən atlar" Bakıdakı yoxlama matçında isə "Zirə"ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən