Karyerasını bitirmiş məşhur futbolçu Rusiya klubu ilə razılığa gəlib

Portuqaliya millisinin sabiq vingeri, artıq peşəkar futbolçu karyerasını bitirmiş Rikardu Kuarejma Rusiyada müxtəlif sahələr üzrə məşhur simaların iştirak etdiyi Medialiqada çıxış edə bilər.
Redaktor.az “Mash on Sport”a istinadən xəbər verir ki, 41 yaşlı oyunçu "SindEkat" komandası ilə razılığa gəlib.
Keçmiş futbolçu ailəsinin də Rusiyada yaşamasına şərait yaradılmasını istəyib.
Daha əvvəl Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin də Rusiya Media Liqasında iştirak edən komandalardan biri ilə müqavilə imzaladığı bildirilmişdi.
Qeyd edək ki, R.Kuarejma 2022-ci ildə karyerasını bitirib. O, portuqaliya millisinin heyətində meydana çıxdığı 80 matçda 10 qola imza atıb və 2016-cı ildə Avropa çempionu adını qazanıb.