İqa Şvyontek ilk dəfə "Uimbldon"un qalibi OLDU

Polşalı tennisçi İqa Şvyontek ABŞ idmançısı Amanda Anisimovanı "Uimbldon" turnirinin finalında məğlub edib.
Redaktor.az-ın məlumatına görə, bir saatdan az davam edən görüş 6:0, 6:0 hesabı ilə Şvyontekin xeyrinə başa çatıb.
Qeyd edək ki, Şvyontek ilk dəfə "Uimbldon" turnirinin qalibi olub. O, qadınlar arasınd bu turniri qazanan ilk polşalı tennisçi olub.