"Liverpul" İngiltərə millisinin üzvü üçün klubuna son təklifi ETDİ

 14:25 13.07.2025     131

“Liverpul” İngiltərə millisinin futbolçusu Mark Qehi üçün klubu "Kristal Pelas"a son təklifini edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi 25 yaşlı müdafiəçiyə görə 40 milyon funt-sterlinq (təxminən 46 milyon avro) ödəməyə hazırdır. Oyunçunu özü də "qırmızılar"a keçmək istəyir.

Qeyd edək ki, Mark Qehi ötən mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən