"Çelsi" dünya çempionu OLDU

 01:17 14.07.2025     296

Klublararası dünya çempionatının qalibi məlum olub.

Redaktor.az xəbər verir ki, ABŞ-də keçirilən final matçında "Çelsi" PSJ ilə qarşılaşıb.

Oyun İngiltərə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Çelsi"nin qollarını matçın ilk hissəsində Kole Palmer (22,30) və Joao Pedro (43) vurub.

Bununla da "Çelsi" tarixində ikinci dəfə klublararası dünya çempionu adını qazanıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən