Türkiyə gənc atletlərindən Rumıniyada 15 MEDAL

 21:57 14.07.2025     133

Türkiyə, Rumıniyada keçirilən 20 yaşadək Balkan Atletika Çempionatında 5-i qızıl olmaqla ümumilikdə 15 medal qazanıb.

Redaktor.az xəbər verir ki, Türkiyə Atletika Federasiyasının məlumatına görə, Krayova şəhərində təşkil olunan yarışda 16 ölkədən idmançılar mübarizə aparıb. Türkiyə 30 növdə 32 atletlə təmsil olunub və nəticədə 5 qızıl, 3 gümüş, 7 bürünc medal əldə edib.

Milli komanda ümumi sıralamada 143 xalla Balkan ikincisi olub. Ev sahibi Rumıniya 154 xalla birinci, Yunanıstan isə 137,5 xalla üçüncü yeri tutub.

Kənan YUSİF 

 

Vumart və Güvən reklamı Vumart Güvən