“Milan” Luka Modriçin transferini açıqladı

İtaliyanın "Milan" klubu İspaniya "Real Madrid"indən ayrılan Luka Modriçin transferini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Otuz doqquz yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real Madrid"in uğurları üçün çalışırdı.