"Neftçi" daha bir futbolçunun transferini açıqladı

 19:14 15.07.2025     164

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb. Ekvadorlu Cordan Rezabala artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Redaktor.az xəbər verir ki, Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçimiz Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Vumart və Güvən reklamı Vumart Güvən