"Sumqayıt" "Sabah"ın futbolçusunu icarəyə GÖTÜRDÜ

 21:37 15.07.2025     171

"Sumqayıt" "Sabah"ın futbolçusu Rauf Rüstəmlini icarəyə götürüb.

Redaktor.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisindən "Report"a verilən məlumata görə, yarımmüdafiəçi 1 il ərzində "Sumqayıt"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı"da top qovub. 21 yaşlı oyunçu U-17, U-19, U-21 və A milli komandalarımızın da şərəfini qoruyub.

Vumart və Güvən reklamı Vumart Güvən