17 yaşlı futbolçu dənizdə boğuldu

 18:48 16.07.2025     93

Portuqaliyanın “Despertar” klubunun şərəfini qoruyan futbolçu Xorxe Sarayva 17 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sarayva dənizdə çimərkən boğularaq ölüb. Onun çimərliyə dostları ilə gəldiyi bildirilir. Xilasedicilər qalanlarını xilas edə bilib. Onun cansız bədəni bir müddət sonra aşkarlanıb.

Futbol klubu “Instagram” səhifəsində oyunçu ilə bağlı nekroloq və onun qara fonda şəklini paylaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən