"Real"ın futbolçusu çiynindən əməliyyat OLUNDU

İspaniya təmsilçisi "Real"ın (Madrid) yarımmüdafiəçisi Cud Bellinqem çiynindən əməliyyat olunub.
Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuya sol çiyninin çıxması diaqnozu qoyulub.
Qeyd edək ki, 2024/2025 mövsümündə Bellinqhem "Real"ın heyətində 58 oyun keçirib, 15 qol vurub və 15 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.