"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi dəqiqləşdi

 00:50 17.07.2025     79

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi “Şelburn”dur.

I təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın "Linfild" kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raunda adlayıb.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən