Mbappenin başı dərddə - polisə rüşvət verib?

Fransa hüquq-mühafizə orqanları 2023-cü ildə “Real Madrid”in hücumçusu Kilian Mbappenin təhlükəsizlik xidmətində çalışan beş əməkdaşa ödədiyi məbləğlə bağlı araşdırma aparır.
Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, futbolçunun bank hesabından həmin şəxslərə ümumilikdə 180 min 300 avro vəsait köçürülüb. Araşdırma bu vəsaitin hansı məqsədlə ödənildiyini müəyyənləşdirməyə yönəlib.
Mbappe bu addımı təhlükəsizliyini təmin edən əməkdaşları mükafatlandırmaq məqsədilə atdığını bildirib. O, hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etməyə hazır olduğunu da vurğulayıb.