Premyer Liqada yeni mövsümün püşkü ATILDI

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
Redaktor.az xəbər verir ki, mərasimdə ilk turda qarşılaşacaq komandalar məlum olub.
Premyer Liqa
I tur
"Sabah" - "Qarabağ"
"Sumqayıt" - "Kəpəz"
"Neftçi" - "Şamaxı"
"Karvan" - "Qəbələ"
"Zirə" - "Araz-Naxçıvan"
"İmişli" - "Turan Tovuz"
Liqa üç dövrədən ibarət olacaq.
Qeyd edək ki, 12 komandanın mübarizə aparacağı Azərbaycan Premyer Liqasında mövsümə avqustun 15-də start veriləcək.