Usik mütləq dünya çempionu OLDU

38 yaşlı ukraynalı boksçu Aleksandr Usik, 27 yaşlı britaniyalı rəqibi Daniel Dyubuanı 5-ci raundda nokautla məğlub edib.
Redaktor.az xəbər verir ki, bu qələbə ilə Usik ağır çəki dərəcəsində boks üzrə mütləq dünya çempionu titulunu qazanıb.
Qarşılaşma Londondakı "Uembli" stadionunda baş tutub və boks ictimaiyyəti tərəfindən böyük maraqla izlənib.