"Liverpul"un keçmiş müdafiəçisi vəfat etdi

 15:03 22.07.2025     70

İngiltərənin “Liverpul” futbol klubunun və Uels milli komandasının keçmiş müdafiəçisi Co Cons (Joey Jones –ing.) 70 yaşında dünyasını dəyişib.

Redaktor.az bu barədə BBC-yə istinadən xəbər verir.

Sabiq futbolçunun uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.

Sol cinah müdafiəçisi 72 dəfə Uels yığmasının formasında meydana çıxıb, “Liverpul” klubunda top qovduğu müddətdə Birinci divizion çempionu olub, iki dəfə Avropa Kupoku, bir dəfə UEFA və bir dəfə Avropa Super Kubokunun mükafatçısı olub.

O, 1992-ci ildə 37 yaşında peşəkar futbol karyerasını başa vurmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən