"Səbail"dən yeni transfer

 19:32 22.07.2025     87

Yeni mövsümdə I Liqada iştirak edəcək "Səbail" Premyer Liqa klubu "Kəpəz"dən ayrılan futbolçunu transfer edib.

Redaktor.az kluba istinadla xəbər verir ki, "dənizçilər" Nicat Süleymanovla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Səbail" daha əvvəl kapitanı Yusif Nəbiyevi heyətdə saxlayaraq onunla "1+2" illik sözləşmə bağlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən