Üç cüdoçumuz Yay Olimpiya Festivalında qızıl medal QAZANDI

 23:48 22.07.2025     127

Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışları start götürüb.

Redaktor.az xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxıb.

Gülşən Hüseynova (44 kiloqram), Rza Xəlilli (50 kiloqram) və Rəsul Əlizadə (55 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıL medala layiq görülüblər.

Beləliklə, aktivində 3 qızıl medal olan yığmamız medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.

Turnirin növbəti günlərində milli komandanın daha 9 (4 oğlan, 5 qız) cüdoçusu qüvvəsini sınayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən