"Səbail" növbəti transfer

Azərbaycanın I Liqa təmsilçisi “Səbail” növbəti transferini reallaşdırıb.
Bu barədə Redaktor.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Ötən mövsümü “Karvan”da keçirmiş Emil Qasımovla "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu ötən mövsüm I Liqada 15 qolla ən məhsuldar ikinici futbolçu olub.