"Barselona" hücumçusunu satır

İspaniya təmsilçisi "Barselona" hücumçusu Pau Viktoru Portuqaliyanın "Braqa" klubuna satmağa hazırlaşır.
Redaktor.az "Diario Sport"a istinadən xəbər verir ki, tərəflər transferin bütün şərtlərini razılaşdırıblar.
Mənbənin məlumatına görə, sözügedən keçid Pireney təmsilçisinə bonuslar nəzərə alınmadan 12 milyon avroya başa gələcək.
Qeyd edək ki, P.Viktor "Barselona"nın heyətində 29 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yada qalıb.