"Barselona" kiberhücuma məruz QALDI

"Barselona" futbol klubu Yaponiyanın "Vissel Kobe" komandası ilə yoldaşlıq oyununun yayımında yaranan problemlərə görə azarkeşlərdən üzr istəyib.
Redaktor.az xəbər verir ki, bu barədə klubun saytından məlumat verilib.
Katalonlar səfərdəki yoldaşlıq oyununda qalib gəlib - 3:1.
Bildirilib ki, "Barsa"nın yayım platformaları müxtəlif səhifələrdən genişmiqyaslı kiberhücuma məruz qalıb. Oyunun yayımını davam etdirmək üçün dərhal klubun "YouTube" platformasında matçın pulsuz nümayişinə qərar verilib.