İngiltərə millisi Avropa çempionu OLDU

 23:59 27.07.2025     55

İngiltərə qadın futbolu üzrə Avropa çempionatının final matçında İspaniyanı məğlub edib.

Redaktor.az xəbər verir ki, dramatik matçın nəticəsi penalti seriyasında həll olunub.

İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşma 2023-cü il dünya çempionatının finalının təkrarı olub. Xatırladaq ki, həmin görüşdə İspaniya qalib gəlmişdi.

Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. İspaniya millisinin hücumçusu Mariona Kaldentey ilk hissədə hesabı açıb, Alessiya Russo isə 2-ci hissədə hesabı bərabərləşdirib.

Əlavə vaxtda da qalibi müəyyən edilməyib.

Penalti seriyasında ingilislər 3:1 hesabı ilə qalib gəlib.

Vumart və Güvən reklamı Vumart Güvən