“Qarabağ”ın ÇL-nin növbəti mərhələsindəki rəqibi DƏQİQLƏŞDİ

 00:02 31.07.2025     187

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Redaktor.az xəbər verir ki, Ağdam klubu növbəti raundda Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

Tetovo təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FCSB klubunu mübarizədən kənarlaşdırıb. Şimali Makedoniyadakı ilk matçda rəqibini minimal hesabla üstələyən “Şkendiya” cavab görüşündə də qələbə qazanıb - 2:1.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 5-6-da keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən