“Qarabağ”ın ÇL-dəki oyunlarının hakimləri AÇIQLANDI

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə keçirəcəyi hər iki oyuna hakim təyinatları açıqlanıb.
AFFA-dan Redaktor.az-a verilən məlumata görə, UEFA Skopyedəki ilk görüşü Slovakiyadan, Bakıdakı cavab qarşılaşmasını isə Niderlanddan olan hakimlər briqadasına həvalə edib:
5 avqust
22:00.“Şkendiya” – “Qarabağ”
Baş hakim: İvan Kruzliak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
VAR: Mixal Oçenaş
AVAR: Boris Marhefka
Skopye, “Todor Proeski” stadionu
12 avqust
20:00.“Qarabağ” – “Şkendiya”
Baş hakim: Denni Makkeli
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Martens
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.