"Zirə" Konfrans Liqasında mübarizəni dayandırdı

“Zirə” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada "Hayduk"un qonağı olub.
Split şəhərindəki “Polyud” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bakıdakı ilk qarşılaşmada da eyni hesab qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. İlk əlavə vaxtda daha bir qol vuran meydan sahibləri növbəti mərhələyə vəsiqə qazanıblar.