Tanınmış futbolçu karyerasını başa vura bilər

 14:01 02.08.2025     58

Məşhur futbolçu, hazırda "Komo"ya məxsus olan Dele Alli karyerasını bitirməyi düşünür.

Redaktor.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

29 yaşlı ingilis yarımmüdafiəçi yay toplanışı zamanı "Komo"dan ayrı məşq edir. O, artıq karyerasını başa vurmağı nəzərdən keçirir.

Qeyd edək ki, D.Alli karyerası ərzində "Everton", "Beşiktaş" və "Tottenhem"in də formasını geyinib.

Vumart və Güvən reklamı Vumart Güvən