"Qalatasaray"ın 1,5 milyonluq yeni hədəfi...

 23:36 03.08.2025     55

Türkiyənin nəhəng klublarından "Qalatasaray" 2025/26 mövsümündə 1.5 milyon ədəd rəsmi forma satışı hədəfi ilə bazara çıxır.

Redaktor.az xəbər verir ki, klub rəhbərliyi tərəfindən və sponsor brend arasında imzalanmış yeni strateji planı çərçivəsində həm daxili, həm də beynəlxalq bazarda forma satışının tarixi səviyyəyə çatdırılması məqsəd qoyulub.

"Qalatasaray" ötən mövsüm təxminən 1.2 milyon forma sataraq klub tarixi və Türkiyə futbolu üçün mühüm nailiyyət əldə etmişdi.

Yeni transferlər, artan beynəlxalq maraq və sosial media gücü ilə bu rəqəmi 1.5 milyona çatdırmaq bu sezon üçün əsas marketinq hədəfidir.

Vumart və Güvən reklamı Vumart Güvən