Qurban Qurbanov rəqibdən ÇƏKİNİR: - Üstünlük "Şkendiya"dadır

 23:03 04.08.2025     48

Çox vacib oyuna çıxırıq. Rəqib iki yaxşı qalibiyyətdən sonra doğma meydanda bizi qəbul edəcək. Bu baxımdan üstünlük onlardadır.

Redaktor.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis olduqca istəkli komandaya qarşı oynayacaqlarını bildirib:

“Matça tam hazırıq. Sona kimi xarakterimizi meydanda göstərməliyik. İddialı komandadır. Buradan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Rəqibi analiz etmişik. Onlara öz oyunlarını göstərməyə imkan verməməliyik”.

Avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən