""Qarabağ"ı bu gün çətin oyun gözləyir" - ŞƏRH

 18:15 05.08.2025     125

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Oyundan gözləntilərini Redaktor.az-la bölüşən "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bildirdi ki, "Şkendiya" daha çox əks-hücumlarda oynayan, iki nömrə ilə çıxış edən komandadır.

"Onlar istəklidir, çox qaçırlar və bu, son oyunlarda da görünür. Rəhbərlikdən də onlara güclü dəstək var. Komandanın sahibi Avropanın ən imkanlı şəxslərindən biridir. Amma buna baxmayaraq, əsasən yerli futbolçularla oynayırlar və böyük transferlər etmirlər.

"Qarabağ"ı bu gün çətin oyun gözləyir. "Şkendiya" standart vəziyyətləri və əks-hücumlarla oynamağı sevir. "Qarabağ" isə bu cür hücumlar zamanı isə bəzən qol buraxır".

Müsahibimizin fikrincə, Qurban Qurbanov bu sahədə çox işləyib və oyunda "Şkendiya"nın əks-hücumlarının qarşısı alınacaq.

""Qarabağ" adətən topa nəzarət edən və bir nömrə oynayan komandadır. "Şkendiya" bu gün əks-hücumlarla şans axtaracaq, "Qarabağ" isə repressinqlə buna cavab verəcək. Mənim üçün favorit "Qarabağ"dır. Avropa təcrübəsi, Qurban Qurbanovun oyuna köklənməsi və tanış rəqiblərlə qarşılaşma "Qarabağ" a üstünlük yaradır.

Komandamızın Çempionlar Liqasına düşmək üçün real şansı var. Yeni transferlər gəlib, zədəlilər sağalıb və komanda hər oyunda güclənir. Bu gün "Qarabağ"ın uduzmayacağına inanıram ya qalib gələcək, ya da heç-heçə edəcək. Cavab oyununda isə azarkeşlərin dəstəyi ilə "Şkendiya"ya qalib gələcəklər", - deyə E.İbrahimov vurğuladı.

Xədicə BAXIŞLI


 

Vumart və Güvən reklamı Vumart Güvən