UEFA Çempionlar Liqası: "Qarabağ" “Şkendiya”ya qalib gəldi

 23:58 05.08.2025     112

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” ilə qarşılaşmadan “Qarabağ” komandası qalib ayrılıb.

Redaktor.az xəbər verir ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüşdə  Ağdam klubu 1:0 hesablı qalib gəlib.

Qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə ediblər.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ilk hissə başa çatıb.

Redaktor.az xəbər verir ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüşün fasiləsinə Ağdam klubu 1:0 hesablı üstünlüklə yollanıb.

Qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.

Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edir.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmada hesabı açıb.

Redaktor.az xəbər verir ki, ağdamlıların heyətində qolu 18-ci dəqiqədə Toral Bayramov vurub.

***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində "Qarabağ" Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşır.

Redaktor.az xəbər verir ki, Skopye şəhərində keçirilən görüşü slovakiyalı hakim İvan Krujliyak idarə edir.

Vumart və Güvən reklamı Vumart Güvən