“Qarabağ” Azərbaycana xallar qazandırdı

 14:12 06.08.2025     104

“Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsinin 3-cü mərhələsində Şimali Makedoniyanın “Şkediya” klubuna qarşı ilk oyunu ölkəyə UEFA reytinqində növbəti xalları qazandırıb.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisinin qələbəsi (1:0) sayəsində Azərbaycanın balansını 0,250 xalla tamamlayıb. Beləliklə, Azərbaycanın 19.000 xalı var və 28-ci yerdədir. Ukrayna bir mövqe irəlidədir (19,225), Rusiya isə (18,299) geridədir.

Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən