"Barselona" onu kapitanlıqdan məhrum edir

İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen kapitanlıq sarğısından məhrum edilir.
Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin rəhbərliyinin tələbidir.
Baş məşqçi Hans-Diter Flik də 33 yaşlı futbolçuya qarşı intizam tədbiri olaraq yeni kapitanın təyin olunmasını istəyib.
Qolkiper La Liqanın həkim komissiyası üçün zədə hesabatını imzalamaqdan imtina edib. Klub reqlamentdəki bənddən istifadə edərək yeni gələn oyunçunu qeydiyyatdan keçirmək istəyirdi. Lakin bunun reallaşması üçün zədəli futbolçunun ən azı dörd aya sağalacağı təsdiqlənməlidir.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. Onun hazırkı müqaviləsi 2028-ci yayınadək qüvvədədir.