“Sabah” səfərdən məğlub dönür

“Sabah” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.
Redaktor.az xəbər verir ki, Valdas Dambrauskasun yetirmələri Bolqarıstanda “Levski”nin qonağı olub.
Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçın taleyini bir qol həll edib. Son dəqiqələrdə meydan sahibləri qələbə topunu vurmağı bacarıb.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 14-də Bakıda keçiriləcək.